RAC ŞOKOLAD FABRİKI
Azərbaycanın Milli Şokolad Brendi
Haqqımızda
"Rac" Şokolad Fabriki nəinki Azərbaycanda, bütün Qafqazda ən böyük və ən çox istehsal gücünə sahib olan şokolad fabriklərindən biridir. Bizim fabrikimiz regionun ən müasir texnologiyaları və yüksək keyfiyyət standartları ilə fəaliyyət göstərir.
Vizyonumuz
Azərbaycan şokolad və qənnadı bazarında hər zaman liderliyimizi qoruyub saxlamaq və Azərbaycan şokoladından bəhs edərkən ilk ağla gələn şokolad fabriki olmaq, milli brendlərimizi dünyaya tanıtmaqdır.
Missiyamız
2001-ci ildən bəri davamlı olaraq inkişaf etdirdiyimiz təcrübəmizi, keyfiyyət ənənəmizi, istehsal qabiliyyətimizi, müştəri yönümlü yanaşmamızı ilk günün həyəcanı ilə gələcəyə daşımaq, Azərbaycanın milli brendi adı altında qürurla çalışmaq və istehlakçılarımıza xoş anlar yaşatmaqdır.
Dəyərlərimiz
İstehsal etdiyimiz hər bir məhsul beyn əlxalq keyfiyyət standartlarına uyğun olaraq və şirkətimizin məqsədlərini dəstəkləyən şəkildə ərsəyə gəlir. İstehsal prosesində atdığımız hər addımda bir prinsiplə irəliləyirik: "evdə ailəmizə, uşağımıza rəva görmədiyimiz, rahatlıqla yedirə bilmədiyimiz heç bir məhsulu istehsal etmirik".